![]() |
![]() |
Abşeronda intihar hadisəsi baş verib.
Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binaların idarə edilməsi ilə məşğul olan Jurnalist evi MMC-nin direktoru Bünyamin İsmayılov vəzifəsindən azad edilib.
Axar.az Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Orxan Hümbətzadəyə həvalə olunub.
Xatırladaq ki, “Jurnalist evi” 2014-cü ildə yaradılıb.
Bakıda hərəkətdə olmayan avtomobil qəfil alışıb.
Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Xətai rayonu, Babək prospektində baş veib.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın QAZ-3110 markalı minik avtomobilinin yük yerindən başlayıb. Dərhal yaxınlıqda olanlar yanğına müdaxilə ediblər.
Ətrafdan insanlar su gətirib avtomobil söndürməyə çalışsalar da, mümkün olmayıb. Əraziyə gələn yanğınsöndürənlər yanğını söndürə biliblər. Hadisə zamanı xəsarət alan olmasa da, minik avtomobilinin salonu və yük yeri yanıb.
Bənzər hadisələr Biləsuvar və Ağdaş rayonlarında da olub. Biləsuvarda "Qaz" markalı yük maşınının kabini yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Ağdaşda isə "Mersedes" markal minik avtomobilinin yanar hissələri yanıb.
Bəs avtomobillər hansı səbəbdən yana bilər?
Ustalar deyirlər ki, yanğına səbəb avtomobillərin yanacaq sistemində baş verən nasazlıq olur.
Yeni avtomobillərdə isə bu, çox nadir hallarda baş verir. İstehsal ili 5 ildən çox olmayan avtomobillərdə baş verən yanma hallarına isə adətən əlavə avadanlıqlara görə rast gəlinir.
Usta Sahil Ağabəyli sürücülərə yay aylarında bəzi diqqət ediləsi vacib tövsiyələr verib.
Usta onu da bildirib ki, sürücülər avtomobildə yaranan xırda nasazlığa həssas yanaşmalıdırar.
Goranboy rayonunda ildırım 47 yaşlı kişini vuraraq öldürüb.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ballıqaya kəndində qeydə alınıb. Kənd ərazisindəki yaylaqda mal-qara otaran Laçın rayon sakini, 47 yaşlı Əhməd Əhmədovu ildırım vurub. O, hadisə yerindəcə ölüb.
Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti olub.
Faktla bağlı araşdırma aparılır.
Siyəzən rayonunun Zarat kəndində "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-yə məxsus elektrovozun mühərrik hissəsində 25 p.m elektrik kabeli yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a verilən məlumata görə, elektrovozun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Binəqədi rayonunun Binəqədi qəsəbəsində faciə baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, 2014-cü il təvəllüdlü N.Valehov nəzarətsiz qalaraq yaşadıqları evin həyətində atasının avtomobilini işə salaraq arxaya hərəkət etdirib.
Bu zaman maşının arxasında dayanan 2013-cü il təvəllüdlü qardaşı nəqliyyat vasitəsinin təkərləri altında qalıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Cəlilabad rayonunda kütləvi dava olub.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Alar kəndi ərazisindəki əkin sahəsində baş verib.
Belə ki, kənd sakiniləri - 1991-ci il təvəllüdlü Hüseynov Xalid Hakim oğlu və 1996-cı il təvəllüdlü Balakişiyev Salam Rizvan oğlu döyülüb.
Şahidlərin bildirdiyinə görə, hər iki şəxs əkin sahəsinə su gəlmədiyi üçün suyun mənbəyinə doğru gedib. Daha sonra X.Hüseynov və S.Balakişiyevin orada olan bir neçə şəxslə aralarında mübahisə yaranıb. Nəticədə X.Hüseynovla S.Balakişiyev döyülüb.
Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır: "Təyin edilmiş müvafiq ekspertizanın və aparılacaq araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Dini nikahda yaşadığı qadının 12 və 14 yaşlı qızları cinsi istismarla üzləşib.
Bakının Xətai rayonunda qonşu qonşusunu baltalayıb.
Bakı Baş Gömrük İdarəsinin daha bir əməkdaşı həbs edilib.
Axar.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru Azər Baxşıyev barəsində istintaq orqanın təqdimatına baxılıb.
Təqdimat təmin edilib və A.Baxşıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi mayın 17-də Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib.
Nəticədə idarənin vəzifəli şəxsləri - Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulub.
Daha sonra Binəqədi rayon Məhkəməsində həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçib.
Onu da qeyd edək ki, Azər Baxşıyev Naxçıvan Muxtar Respublikasının sabiq Baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur.
Ə.Baxşıyev 20 il Naxçıvan MR-nın Baş naziri olub.