![]() |
![]() |
Qax rayonunda traktor yanıb.
Axar.az FHN-ə istinadən xəbər verir ki, rayonun Qorağan kəndində "T-82" markalı traktorun 2 ədəd qoşqusunun yanar hissələri və qoşqulara yığılan 4,4 ton ot bağlamasının 2,2 tonu ot yanıb.
Traktor və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.