Ötən il Azərbaycanda viruslu hepatit diaqnozu ilə qeydə alınan xəstələrin sayı 206 nəfər olub.
Milli.Az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd olunub ki, onlardan 150-si kişi, 56-sı qadındır. Xəstələrdən 13 nəfəri 0-17 yaş qrupuna aiddir, 193 nəfəri 18 və yuxarı yaşlı şəxslərdir.
Məlumata əsasən, xəstələrdən 13-ü kişi, 12-si qadın olmaqla 25-i kəskin A hepatitli, 74-ü kişi, 24-ü qadın olmaqla 98 nəfəri kəskin B hepatitli, 63-ü kişi, 20-si qadın olmaqla 83 xəstə kəskin C hepatitlidir.
Məlumatda qeyd olunub ki, 2020-ci ildə A hepatitindən 2 nəfər, B hepatitindən 6-sı qadın, 6-sı kişi olmaqla 12 nəfər, C hepatitindən isə 38-i kişi, 10-u qadın olmaqla 48 nəfər ölüb.
Lənkəranda içkili halda traktorla avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə və davamlı şəkildə pozaraq digər yol hərəkəti iştirakçıları və piyadalar üçün ciddi təhlükə yaradan sürücü saxlanılıb.
Axşam saatlarında Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi “Belarus” markalı traktorla təhlükəli manevrlər etdiyi müəyyən edilib. Ərazidə xidmət aparan dövlət yol polisi əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara rəğmən sürücü nəqliyyat vasitəsini saxlamayıb və yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ərazidən uzaqlaşmağa çalışıb. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra həmin şəxsin sərxoş olduğu müəyyən edilib.
E.Mirzəyev barəsində tərtib olunmuş inzibati protokol aidiyyatı üzrə baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayon sakini Məzahir Abbasov saxlanılıb.
Onun yaşadığı evin həyətində olan yarımçıq tikiliyə baxış keçirilən zaman 20 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.
Abşeronda intihara cəhd hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Orucov Elman üzərinə benzin tökərək yandırıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Ona bədənin və üz nahiyəsinin 3-cü dərəcəli yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Səbail rayonu, Bayıl qəzəbə sakini 2004-cü il təvəllüdlü Əliyeva Leyla Rauf qızı mayın 20-də səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb.
Gəncədə mənzildən oğurluq edilib.
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Füzuli Musayev Zülfüqar oğlu Kamil Əliyev adına 61 nömrəli tam orta məktəbin həyətində mübahisə zəminində bıçaqlanıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralıda sol said və sol bazu nahiyələrinin iki ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb. F.Musayev əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
10:55
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğli koronavirusa yoluxub.
Bu barədə Axar.az-a Mirmahmud Mirəlioğlu özü danışıb. O bildirib ki, hazırda ev şəraitində müalicə alır:
“Ailəlikcə koronavirusa yoluxmuşuq. Müalicəmizi evdə davam etdiririk”.
Qeyd edək ki, M.Mirəlioğlunun xəstəlik səbəbindən səsi də batıb. O, koronavirusu ağır keçirdiyini bildirib.