Bakının Xətai rayonunda qonşu qonşusunu baltalayıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Məzahir Bayramov, 2 ünvanında baş verib.
1988-ci il təvəllüdlü Cavadov Hüseyn Emil oğlu qonşusu ilə mübahisə edib. Mübahisə zamanı o qonşusu tərəfindən baltalanıb.
H.Cavadov baş və qol nahiyələrinin kəsilmiş və əzilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.