09:32
Səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda uzun tıxac müşahidə olunur.
Axar.az xəbər verir ki, tıxac Bakı-Sumqayıt yolunun paytaxta gedən istiqamətində yaranıb.
Xırdalan qəbiristanlığından başlayan tıxac 20 Yanvar dairəsinə qədər davam edir.
Bildirilir ki, "20 Yanvar" metrostansiyası istiqamətində avtomobil yanır. Bu səbəbdən də hazırda qeyd edilən yolda sıxlıq müşahidə olunur.
Azərbaycanda son illər ana ölümlərinin sayı artıb.
Axar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ildə 20 qadın doğuş zamanı və ya hamiləlik dövründə dünyasını dəyişib.
Məsələn, 2019-cu ildə isə bu rəqəm 21 olub, 2018-də isə 17 nəfər təşkil edib.
Qeyd edək ki, 2010-2020-ci illərdə respublikada hamiləlik və doğuş zamanı ölən anaların sayı 254 nəfər olub.
2021-ci il üzrə yekun statistika isə hələlik məlum deyil.
Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.
İyulun 12-də paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanılıb.
Binəqədi Rayon Prokurorluğundan Axar.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam edir.
Qeyd edək ki, Elnar Qədimovun usta olduğu bildirilir. 16 yaşlı yeniyetmənin anasına sataşdığı üçün ustanı öldürdüyü iddia edilir.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri ilə Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş F.Fərəcov saxlanılıb. Onun üzərindən 1 bükümdə psixotrop maddə metamfetamin, 1 bükümdə narkotik vasitə heroin aşkarlanıb. Davam etdirilən əməliyyat tədbirləri ilə F.Fərəcovun həmin narkotik vasitə və psixotrop maddəni Lənkəran şəhər sakini F.Həmdəmovdan aldığı, sonuncunun həmçinin yaşadığı evdə tiryəkxana təşkil etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən F.Həmdəmovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq heroin və 1 kiloqramdan artıq metamfetamin aşkarlanaraq götürülüb. Keçirilən baxış zamanı həmin evin həyətində olan əvvəllər məhkum olunmuş R.Səfərovun və S.Seyfullayevin hər birinin üzərindən 1 bükümdə psixotrop maddə, 1 bükümdə heroin aşkarlanaraq götürülüb.
Eyni gündə Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə isə Qumbaşı kənd sakinləri, əvvəllər məhkum olunmuş Z.Hüseynov və Q.Rəhimov saxlanılıblar. Keçirilən baxış zamanı onların üzərindən ümumilikdə 20 bükümdə metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır
Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Ucarda yeni doğulmuş körpə tapılıb.
Axar.az Report-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayon ərazisində fəaliyyət göstərməyən idarənin həyətində mal-qara otaran yerli sakin tərəfindən beşikdə yeni doğulmuş körpə oğlan uşağı tapılıb.
Uşaq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.