Bizim ölkə yeni qapanmaya dözməyəcək.
Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, hökumət yeni qapanmaya getsə, dözülməz vəziyyət yaranacaq:
“Əvvəlcədən bəyanat vermək istəyirəm. İstəmirəm ki, bu baş versin. Bunun üzərinə əlavə borc almağımız da gələcək ki, bu da ölkənin belində yük olacaq. Bir daha bildirmək istəyirəm ki, bizim vaksinasiyanı maksimal dərəcədə sürətli aparmaq üçün imkanlarımız var və 2-3 aya 1,5 milyon vətəndaşı peyvəndləyə bilərik”.
Şəki rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə Oğuz-Şəki avtomobil yolunun Şəkinin Oradan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şəki istiqamətində hərəkətdə olan Bakı şəhər sakini Eldəniz Xudayarovun idarə etdiyi "Mitsubishi Outlander" markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə Bakı sakinləri Arzu və Səbinə Məlikovalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşiriliblər.
Hadisəyə səbəb kimi yolun asfalt örtüyünün və yol nişanlarının olmaması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Xəzər dənizinin Xaçmaz sahilində bir nəfər dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında dənizdə ("Xaçmaz" sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, qeyri-çimərlik ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-dən Axar.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, dənizdə batan 2006-cı il təvəllüdlü Malik Sahil oğlu Əliyevdir. Hal-hazırda axtarış tədbirləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Bu ilin beş ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 19 min 141 nikah və 6745 boşanma halı qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin ötən dövrü ilə müqayisədə nikahların sayı 3,7-dən 4,6-ya, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.
Bakıda intihar hadisəsi baş verib.
Hacıqabulda intihar hadisəsi qeydəı alınıb.