Ucar sakinini elektrik cərəyanı vurub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün gündüz saatlarında rayonun Şahlıq kəndində baş verib. Kənd sakini, 2 uşaq atası, 1984-ci il təvəllüdlü Elnur Çingiz oğlu Muradov su nasosu ilə ehtiyatsız davranması nəticəsində onu cərəyan vuraraq öldürüb.
Mərhum aidiyyatı üzrə təhvil verilib.
Fakt araşdırılır.