Son xəbərlər

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən qanlı hadisə baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Xutor qəsəbəsində tərəflər arasında yaranan dava bıçaqlanma ilə nəticələnib. Bıçaq xəsarətləri alanlar 1994-cü il təvəllüdlü Ceyhun Elman oğlu İbişli, 2000-ci il təvəllüdlü Anar Əkbər oğlu Şəfiquliyev və 1994-cü il təvəllüdlü Elnur Pənah oğlu Sabirli təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. E.Sabirlinin vəziyyəti ağır olduğu bildirilir, bıçaq onun boyun nahiyəsinə nüfuz edib.

Məlumata görə, onlar dostdurlar.

Hadisənin təfərrüatı araşdırılır.