Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda (nəzarətsiz ərazi) xilasetmə əməliyyatı həyata keçirilib.
FHN-dən Axar.az-a bildirilib ki, əməliyyat zamanı çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.