
Şəhid Murad Nağıyev. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri.
![]() |
![]() |
Bakıda oğlan anasını yandırıb.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusu sürətli əks-hücum əməliyyatları ilə Qarabağı işğaldan azad edirdi.
Bakıda yeniyetmə qız intihara cəhd edib.
Bakıda bıçaqlanma hadisəsi baş verib.
ABŞ-ın Kolorado ştatında iki ildir boynunda təkərlə gəzən maral xilas edilib.
Oktyabrın 7-si saat 22 radələrində Abşeron rayonu ərazisində Şahin İslamovun almış olduğu xəsarət nəticəsində oktyabrın 10-u xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon Prokurorluğundan Axar.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin iş yoldaşı Elnur Salmanov fəhlə kimi işlədikləri Sunfood MMC-yə məxsus anbarda şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Şahin İslamova bıçaqla xəsarət yetirib, nəticədə o, aldığı xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Elnur Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Bu gündən etibarən Daxili İşlər Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə qanunsuz sərnişindaşımaya qarşı reydlərə start verib.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
O bildirib ki, artıq səhər saatlarından etibarən reydlərə start verilib:
"Hazırda Daxili İşlər Nazirliyinin Qaradağ postunda yol polisləri agentlik əməkdaşları ilə birlikdə reydlər keçirir. Tədbirlər 08:00-dan başlanıb. Tədbirlər bu gündən etibarən mütəmadi davam etdiriləcək, qanunsuz sərnişin daşıyanlara qarşı müvafiq tədbirlər görüləcək".
Şəhid Murad Nağıyev. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri.