Son xəbərlər

.

16 mindən çox insan Kaliforniyadakı meşə yanğınları səbəbindən təxliyə olunub.

Axar.az xəbər verir ki, bu barədə Kaliforniyanın təcili xidmətlər departamenti məlumat yayıb.

Yerli hakimiyyət orqanları insanları bir saniyə də vaxt itirməməyə, təxliyə olunmağa çağırıb.

Aşağı Güzdək qəsəbəsi ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

Ardını oxu...

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər tutulub.

Ardını oxu...

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

Ardını oxu...

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yolarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, avqustun 2-də Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən İsa və Habil Balaxanov qardaşlarını saxlayıb.

Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan 1 mərtəbəli evin mətbəxində 3 p.m mətbəxt mebeli, 1 ədəd aspirator, 1 ədəd paltaryuyan maşın və 1 ədəd kondisioner yanıb.

Ardını oxu...

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Abdullayevin yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə polisə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir zaman o, şübhəli şəxs qismində saxlanılıb, evinə baxış keçirilən zaman oradan narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bu gün deputat toxunulmazlığı əlindən alınan və saxlanılan Eldəniz Səlimovun fiziki təzyiq göstərib, xəsarət yetirdiyi Xaçmaz RPŞ-nin əməkdaşı Zaur Mirzəyev hazırda hospitalda müalicəsini davam etdirir.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, iyulun 28-dən 29-na keçən gecə, saat 01 radələrində Xaçmazın “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimov qanunun icrasını tələb edən polis əməkdaşı Z.Mirzəyevi döyərək, ona xəsarət yetirib.

Fakt üzrə Baş Prokurorluqda CM-nin 309.2-ci maddəsi ilə cinayət işi açılıb. Bu gün deputat toxunulmazlığı ləğv edilən E.Səlimov saxlanılıb. Onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.