Son xəbərlər

 

09:00

10 noyabr bəyanatı imzalandıqdan sonra Ermənistanın böyük bir həzmsizlik içərisində olduğunu görürük.

Azərbaycan 44 günlük Vətən müharibəsində 3000 nəfərə yaxın şəhid verərək, öz torpaqlarını işğaldan azad etdi. Ancaq Ermənistan beynəlxalq aləmdə sanki Azərbaycan onun torpaqlarını işğal edibmiş kimi təbliğat aparır.

Bunu Axar.az-a açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım deyib. Onun sözlərinə görə, vəziyyətin bu hala gəlməsində əsas günahkarlardan biri Minsk Qrupu həmsədrləridir:

“Təbii ki, burada Minsk Qrupunun həmsədrləri olan Rusiya, Fransa və Amerikanın çox böyük xətası var. Çünki onlar son 30 ildə bu problemin həlli üçün heç bir şey etmədilər. Erməni diasporu xüsusilə bu dövlətlərdə haray-həşir qoparır. Ancaq Azərbaycan işğaldan azad edilmiş bölgələrdə, xüsusilə Şuşada bərpa işləri aparır, infrastrukturu yenidən qurur. Buradan kimin müharibə, kimin sülh istədiyi açıq şəkildə görünür”.

Millət vəkili dünyanın da Ermənistanın təxribatlarına göz yumduğunu, son 9 ayda görülən işlərin isə hər şeyi ortaya çıxardığını bildirib:

“Bütün bu proseslərdən Ermənistanın etibarlı və sözünə güvənilən bir dövlət olmadığı ortaya çıxır. Təxmin edirəm ki, Ermənistanın təxribatları yenə davam edəcək. Çünki Azərbaycan Müdafiə Nazirliyinin Laçın dəhlizindən Qarabağa yeni erməni silahlı dəstələrinin gətirilməsi və yeni postların qurulması haqqında rus sülhməramlılarına da bir xəbərdarlığı oldu. Demək ki, Ermənistan dövləti hələ ağıllanmayıb və öz xalqını düşünmür”.

Ayrım yeni bir müharibənin başlamasının Ermənistan üçün fəlakət olacağını xüsusi vurğulayıb:

“Görünən odur ki, Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan da Tonoyan ilə eyni istiqamətdə və düşüncədədir. Ancaq əgər yeni bir müharibə baş versə, bunun axırı onlar üçün fəlakət olacaq. Azərbaycan isə Türkiyə ilə həmrəylik içərisində səbir və təmkinlə mövcud durumu beynəlxalq aləmə izah etməyə və bütün bölgə dövlətlərinin təmsil olunduğu altılı platformanı formalaşdırmağa çalışır. Ümid edirəm ki, Ermənistan yaxın zamanlarda bütün olanlardan nəhayət dərs çıxardar”.

 
20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü