Bakıda azyaşlı yıxılaraq ağır xəsarət alıb.
Qəbələ rayonunda intihar hadisəsi baş verib.
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağsu rayon sakini Əli Bəndəliyev saxlanılıb.
Onun üzərinə keçirilən şəxsi axtarış zamanı narkotik maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Dindirilmə zamanı Ə.Bəndəliyev narkotik vasitəni Kürdəmir rayonu Xırdapay kənd sakini Roman Cəbrayılovdan aldığını etiraf edib.
Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə rayon ərazisində psixotrop maddə olan “patı”, “şüşə” adlanan metamfetamin, həmçinin narkotik vasitə olan heroinin və qurudulmuş marixuananın satışı ilə məşğul olan Roman Cəbrayılov da saxlanılıb.
Onun yaşadığı evə keçirilən baxış zamanı oradan təmiz çəkisi 961 qram olan qurudulmuş marixuana, eləcə də satış üçün hazırlanmış 5 büküm heroin, 2 büküm metamfetamin, 2 büküm qurudulmuş marixuana və bir ədəd elektron tərəzi, evin həyətyanı sahəsindən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Dindirilmə zamanı R.Cəbrayılov narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
İyulun 09-da paytaxtın Binəqədi rayon sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Binəqədi Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri Əfqanistan Respublikasının vətəndaşı Səməndər Səfayinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Nüşabə Səfərovanı (Səfayi) qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.
İyulun 12-də Səməndər Səfayi təqsirləndirilən şəxs qismində cəlb edilib, ittiham elan etmək üçün barəsində axtarış elan edilib.
Cinayət işi üzrə istintaq davam edi
10:38
Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilib.
Təqsirləndirilən şəxslərə hüquqları izah edilib. Onlar dövlət hesabına vəkillə və tərcüməçi ilə təmin edilib.
Məhkəmə baxışı iyulun 26-a təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq)
279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.
Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Vəlvələ kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Diləfruz Məmmədağa qızı Mustafayeva övladı, 13 yaşlı Lamiyənin Samur-Abşeron su kanalına düşdüyünü görüb, onu xilas etmək üçün suya atılıb.
Kənardan yoldaşının özünü suya atdığını görən həyat yoldaşı Asəf Mustafayev də özünü kanala atıb. Uşağı xilas edə bilib.
Yaxınlıqda olan şəxslə yoldaşını xilas etməyə cəhd etsə də, mümkün olmayıb. Diləfruz Mustafayevanın meyiti bir neçə kilometr məsafədən sudan çıxarılıb.
Lamiyə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə (ayağı sınıb) Qusar Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, Asəf Mustafayevin Samur-Abşeron Kanalında (SAK) gözətçi işlədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 78 yaşlı qadın ağır xəsarət aldı.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri Xaş-xaş-2021 şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum edilmiş Vüqar Mustafazadə saxlanılıb.
V.Mustafazadənin evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilmiş hündürlüyü 12 santimetrdən 230 santimetrədək olan 184 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.