Quba rayonunda fəhləni elektrik cərəyanı vuraraq öldürüb.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Əliqulu Nərimanov küçəsində baş verib.
Belə ki, tikintidə fəhlə işləyən rayonun Yeni Güləzi kənd sakini, 1985-ci il təvəllüdlü Vasif Gülməmməd oğlu Sadıqovu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, V.Sadıqov ailəli idi, 2 övladı var.