AZAL-ın təyyarəsinin qəzaya uğraması bizim ümumi faciəmiz və üç ölkənin dərdidir.

Təyyarə Azərbaycanın olub və təyyarədə Azərbaycan, Rusiya və Qırğızıstan vətəndaşları ölüb.

Bu sözləri Axar.az-a beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Vitali Arkov Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı ötən gün dərc olunan ilkin hesabatı şərh edərkən deyib.

“Putin ötən ilin dekabrında həmkarı İlham Əliyevə iki dəfə zəng edib, başsağlığı verib, üzr istəyib və mümkün səbəbləri izah edib. Söhbət zamanı vəziyyət ətraflı müzakirə edilib. Bildirilib ki, aviasiya mütəxəssisləri tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən müvafiq qərarlar qəbul ediləcək və təqsiri sübut edilən şəxslər cəzalandırılacaq. İstintaqın ilkin nəticələri yalnız bir gün əvvəl təqdim olunub. Hökumət səviyyəsində onları öyrənmək və həll yollarını hazırlamaq üçün vaxt lazımdır. Gəlin, səbirli olaq. Ölkələrimiz və xalqlarımız arasında münasibətlər səmimidir və mən bunu deməkdən çəkinmirəm – doğmadır. Rusiya isə bilərəkdən Azərbaycana zərər verəcək heç bir iş görməyəcək. İnsan faciəsi zəminində ad çıxarmaq istəyən ayrı-ayrı blogerlərin, siyasətçilərin şəxsi açıqlamaları dövlət siyasəti sayılmamalıdır”, - o bildirib.

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Qəza ilə bağlı ilkin hesabat ötən gün yayılıb. Hesabatda təyyarənin Qroznı səmasında kənar müdaxiləyə məruz qalması və ciddi zədələnməsi səbəbindən qəzaya uğradığı təsdiqlənib.

05 Fevral 2025 Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
05 Fevral 2025 Xamenei Hizbullah liderini Livandakı nümayəndəsi təyin etdi
05 Fevral 2025 Pezeşkianla görüşə bilərmi? - Trampın cavabı
05 Fevral 2025 Bakıya yağış, rayonlara qar yağacaq
05 Fevral 2025 Tramp göstəriş verdi: Bu halda İranı məhv edin!
05 Fevral 2025 Riyakar rus təbliğatı bununla özünü ifşa edir
05 Fevral 2025 Zelenski bununla manyak olduğunu göstərdi - Zaxarova
05 Fevral 2025 Ayda nə qədər çipsi yemək olar?
05 Fevral 2025 Leyla Əliyeva Polad Bülbüloğlunu təbrik etdi
04 Fevral 2025 ABŞ BMT-nin bu qurumundan çıxır
04 Fevral 2025 Stoltenberq Norveçin maliyyə naziri təyin edildi
04 Fevral 2025 Bu şərabların reklamı qadağan edilir
04 Fevral 2025 Temperatur enir: qar yağacaq - Xəbərdarlıq
04 Fevral 2025 "İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
04 Fevral 2025 Əliyevin sayəsində Bakı doğru qərar verdi: imtina etdi
04 Fevral 2025 Hindistanın ən çox silah ixrac etdiyi 3 ölkə
04 Fevral 2025 Üzüm arıqladır
04 Fevral 2025 Trampın Konqresdən İsraillə bağlı xahişi
04 Fevral 2025 Bu halda naringidən uzaq durun
03 Fevral 2025 Fidan: Ümid edirik ABŞ səhvlərini düzəldər
03 Fevral 2025 Putin sözünün sahibidir, ona etibar edə bilərik
03 Fevral 2025 NATO Zelenski üçün əməliyyat hazırlayır - Kəşfiyyat
03 Fevral 2025 Suriya bizim üçün mənəvi vətəndir - Deputat
03 Fevral 2025 Sosial müavinətlərlə də bağlı qərar veriləcək - Deputat
03 Fevral 2025 İranda qadın çılpaq halda polisə etiraz etdi - Video
03 Fevral 2025 Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
03 Fevral 2025 MM-də təklif: Həkimlərin reklamına qadağa qoyulsun!
03 Fevral 2025 Onların azadlığa çıxması vacib məsələlərdəndir - Deputat
03 Fevral 2025 Tramp bağladı, Ukraynada qeyri-rəsmi matəmdir - Markov
03 Fevral 2025 Bu rayonlarda 12 dərəcə şaxta oldu