Təyyarə qəzası ilə bağlı Rusiyanın mövqeyi, lap əvvəldən götürdüyü riyakar xətt - bütün bunlar hamısı Azərbaycanda, hətta dünyada məlumdur.

Dünyanın mediası da təyyarənin Rusiyada vurulduğunu qeyd edir, bu məlumatı yayır. O ki qaldı Rusiya mətbuatının hesabatla bağlı xəbər siyasətinə, dünyanın ən manipulyativ mətbuatı, televiziyası, media strukturları Rusiyadadır.

Bu sözləri Axar.az-a media eksperti Qulu Məhərrəmli rus mediasının qəzanın ilkin hesabatı ilə bağlı xəbər siyasətini şərh edərkən deyib.

O, yalan fabrikinin Rusiyada olduqca güclü bir şəkildə işlədiyini vurğulayıb:

“Qazaxıstan hesabatı çap edib, qara qutu açılıb, oradakı məlumatlar hər kəsə məlumdur. Bu qədər faktların bolluğu şəklində belə Rusiya mətbuatı həqiqəti gizlətməyə çalışır. Bu söhbətlər “üzrü günahından böyük” təsiri bağışlayır. Bir daha Rusiyanın necə qorxulu, riyakar siyasət yeritdiyinin şahidi oluruq. Ölkə siyasəti necədirsə, mətbuat da onun güzgüsü kimi çıxış edir və bu cür yalanlar püskürür. Təyyarə qəzası mövzusu Azərbaycanda hər kəs üçün aydın və bitmiş bir mövzudur. Biz bu təyyarənin Rusiyanın Hərbi Hava Qüvvələri tərəfindən vurulduğuna tam əminik. Bu barədə ekspert rəyləri, faktlar, sübutlar var. Ona görə də Rusiyanın bu şəkildə çabalamasının, informasiya siyasəti aparmasının heç nəyə faydası yoxdur”.

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Qəza ilə bağlı ilkin hesabat ötən gün yayılıb. Hesabatda təyyarənin Qroznı səmasında kənar müdaxiləyə məruz qalması və ciddi zədələnməsi səbəbindən qəzaya uğradığı təsdiqlənib.

05 Fevral 2025 Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
05 Fevral 2025 Xamenei Hizbullah liderini Livandakı nümayəndəsi təyin etdi
05 Fevral 2025 Səbirli olun, Putin Əliyevə söz verib, edəcək! - Arkov
05 Fevral 2025 Pezeşkianla görüşə bilərmi? - Trampın cavabı
05 Fevral 2025 Bakıya yağış, rayonlara qar yağacaq
05 Fevral 2025 Tramp göstəriş verdi: Bu halda İranı məhv edin!
05 Fevral 2025 Zelenski bununla manyak olduğunu göstərdi - Zaxarova
05 Fevral 2025 Ayda nə qədər çipsi yemək olar?
05 Fevral 2025 Leyla Əliyeva Polad Bülbüloğlunu təbrik etdi
04 Fevral 2025 ABŞ BMT-nin bu qurumundan çıxır
04 Fevral 2025 Stoltenberq Norveçin maliyyə naziri təyin edildi
04 Fevral 2025 Bu şərabların reklamı qadağan edilir
04 Fevral 2025 Temperatur enir: qar yağacaq - Xəbərdarlıq
04 Fevral 2025 "İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
04 Fevral 2025 Əliyevin sayəsində Bakı doğru qərar verdi: imtina etdi
04 Fevral 2025 Hindistanın ən çox silah ixrac etdiyi 3 ölkə
04 Fevral 2025 Üzüm arıqladır
04 Fevral 2025 Trampın Konqresdən İsraillə bağlı xahişi
04 Fevral 2025 Bu halda naringidən uzaq durun
03 Fevral 2025 Fidan: Ümid edirik ABŞ səhvlərini düzəldər
03 Fevral 2025 Putin sözünün sahibidir, ona etibar edə bilərik
03 Fevral 2025 NATO Zelenski üçün əməliyyat hazırlayır - Kəşfiyyat
03 Fevral 2025 Suriya bizim üçün mənəvi vətəndir - Deputat
03 Fevral 2025 Sosial müavinətlərlə də bağlı qərar veriləcək - Deputat
03 Fevral 2025 İranda qadın çılpaq halda polisə etiraz etdi - Video
03 Fevral 2025 Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
03 Fevral 2025 MM-də təklif: Həkimlərin reklamına qadağa qoyulsun!
03 Fevral 2025 Onların azadlığa çıxması vacib məsələlərdəndir - Deputat
03 Fevral 2025 Tramp bağladı, Ukraynada qeyri-rəsmi matəmdir - Markov
03 Fevral 2025 Bu rayonlarda 12 dərəcə şaxta oldu