Vladimir Zelenskinin nüvə silahlarının Ukraynaya ötürülməsi zərurəti ilə bağlı açıqlamaları onu eyni zamanda atom elektrik stansiyalarına şantaj aləti kimi baxan manyak kimi göstərir.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında yazıb.
“Zelenskinin nüvə silahına sahib olmaq istəyi ilə bağlı son açıqlamaları onun planeti xəstə fantaziyalarının obyekti kimi görən manyak olduğunu ortaya qoyur”, - diplomat vurğulayıb.
Qeyd edək ki, Vladimir Zelenski Qərbin Kiyevə nüvə silahını qaytarmalı olduğunu bildirib.
ABŞ, Britaniya və Rusiya 1994-cü ildə Ukraynanın təhlükəsizliyini tam təminat verdiyi üçün Kiyev nüvə silahından imtina edib və əlində olan silahları Rusiyaya göndərib.