ABŞ Prezidenti Donald Tramp müşavirlərinə Tehran tərəfindən ona qarşı sui-qəsd həyata keçiriləcəyi təqdirdə İranı məhv etmələri barədə göstəriş verib.
Axar.az xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Hökumət Tehrana maksimum təzyiq göstərəcək. Mən göstəriş vermişəm, əgər onlar bunu (sui-qəsd cəhdi) etsələr, məhv ediləcəklər, heç nə qalmayacaq”, - Tramp bildirib.
Qeyd edək ki, Tramp ötən gün İrana təzyiqi gücləndirmək barədə fərman imzalayıb.