Daxili İşlər Nazirliyinin təqdim etdiyi məlumata əsasən, 2019-cu ildə yetkinlik yaşına çatmayan şəxsi məcbur etməyə görə Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə əsasən cinayət işi açılmayıb.

Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin sabah keçiriləcək iclasında ilk dəfə dinləniləcək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında qeyd edilib.

Bildirilib ki, evlilik məqsədilə qız uşağının oğurlanmasına görə 9 fakt üzrə cinayət işi başlanılıb.

26 yaşlı gənc dəm qazından öldü

Goranboyda 26 yaşlı gənc zəhərlənərək vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində qeydə alınıb. Quba rayon sakini, 1994-cü il təvəllüdlü Şəhriyar Əzizov hamamda olarkən dəm qazından zəhərlənib. 

O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları uğurla davam etdirirlər.

DİN-in mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Məlikov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 177 qramdan artıq heroin, 154 qramdan çox metamfetamin, yaşadığı mənzildən isə 5 kiloqramdan artıq heroin, 820 qram metamfetamin və bir elektron tərəzi aşkarlanaraq götürülüb.

Ağcabədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Heydərov İzzət Polad oğlunun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Vəziyyət ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirib, müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub.

Mingəçevirdə maşın velosipedçini vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Gəncə şosesində baş verib.

Yevlax rayon sakini idarə etdiyi Vaz 21 06 markalı minik maşını ilə hərəkətdə olan yaşlı velosipedçini vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib.

1956-cı il təvəllüdlü yaralı velosipedçi Mustafayev Sadiq Qiyas oğlu xəstəxanaya yerləşdirilib.

 

Onun kələ beyin travması aldığı və ayaq nahiyəsindən müxtəlif xəsarətlər aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yaşlı qadının mal-qaralarının oğurlanması ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Axar.az xəbər verir ki, DİN-in Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov videogörüntülərlə bağlı Qazax Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanıldığını bildirib:

“Tezliklə araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə Qazax rayonunun Aslanbəyli kənd sakini olan 63 yaşlı qadın videomüraciət edərək mal-qaralarının oğurlandığını, lakin polis əməkdaşları tərəfindən araşdırmaların aparılmadığını deyib.

Pirallahı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər yaralanıb, biri isə dünyasını dəyişib.

Qəzanın səbəbləri araşdırılır.

Tovuzda yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, dekabrın 24-ü saat 7 radələrində Tovuz şəhəri ərazisində rayon sakinləri C.Bağırovun idarə etdiyi “VAZ-2106”, R.Tağıyevin idarə etdiyi “VAZ-21099” və S.Qafarovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə C.Bağırovun sərnişini, Ağdam kənd sakini Sahib Sadıqov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Breksitin bizə vurduğu zərəri ödəyəcək heç bir razılaşma yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Şotlandiya regional administrasiyasının rəhbəri Nikola Sturgen deyib.

“Müstəqil Avropa ölkəsi olaraq öz gələcəyimizin xəritəsini cızmaq zamanı gəldi”, - deyə Sturgen bildirib.

Qeyd edək ki, Avropa Birliyi ilə B.Britaniya arasında Breksit çərçivəsində razılaşma imzalanıb.