Gəncədə oğurluqla məşğul olan şəxs tutulub.
Publika.az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 8700 manat dəyərində 30 ədəd nərd, 690 manat dəyərində 23 ədəd təsbeh, 1075 manat dəyərində məişət əşyaları və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Q.Bayramov saxlanılıb.
Araşdırmalar davam etdirilir.