Göyçay rayonunda "Daewoo" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan "ВАЗ" markalı minik avtomobilinin arxa hissəsi qarsalanıb. Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti Fəxrəddin Abbasovun intiharı ilə bağlı açıqlama verib.
Penitensiar Xidmətdən "Qafqazinfo"ya verilən məlumata görə, 9 noyabr 2020-ci il tarixdə Penitensiar xidmətin Həbsxanasında cəza çəkən məhkum Fəxrəddin Abbasov saxlanıldığı kamerada intihara cəhd edib:
"Həbsxana əməkdaşları tərəfindən dərhal müəssisənin tibb-sanitariya hissəsinə keçirilib. İlkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Araşdırma zamanı müəyyən edilib ki, o, həbsxanada saxlanıldığı son dövrlərdə Ordumuzun uğurlu əks-hücum əməliyyatlarını və torpaqlarımızın azad edilməsi xəbərlərini hiddətlə qarşılayıb, Şuşa şəhərinin işğaldan azad olunmasından isə dərin psixoloji sarsıntı keçirib və özünə qəsd etməyə əl atıb.
Qeyd edilməlidir ki, F.Abbasov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək dövlətə xəyanət etdiyinə, ölkəmizin ərazi bütövlüyünə qarşı, milli ədavətin qızışdırılmasına yönəlmiş cinayət əməlləri törətdiyinə görə azadlıqdan məhrum edilib".
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
Balakən rayonu Meşəşambul kəndində yanğın baş verib.
cia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə ümumi sahəsi 120 kv/m olan kürsülü 1 mərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyü 60 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, onun saxlandığı Qobustan həbsxanasında intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi başlanılıb.
F.Abbasov Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarıyla əlaqədə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib.
F.Abbasov 2019-cu ilin fevralında Rusiyada saxlanılaraq Bakıya gətirilib və ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb.
2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın müvafiq qurumlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib. Uzun müddət Rusiyada yaşayan F.Abbasov haqqında ötən ilin fevralında deportasiya qərarı çıxarılıb.
Abşeron rayonunun Mehdiabad qəsəbə sakini S.İsgəndərov Digah qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilinin qaçırıldığı barədə Rayon Polis İdarəsinə müraciət etmişdir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi idarəsinin əməkdaşları tərəfindən avtomobil saxlanılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ə.Əlizadə avtomobillə birgə aidiyyəti üzrə təhvil verilib.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Noyabrın 12-də saat 14 radələrində Ağdaş rayonu, Xosrov kənd sakini 1987-ci il təvəllüdlü Umarov Xancan Əmirxan oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağdaş rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin bacısı 1996-cı il təvəllüdlü Ələkbərova Ülkər Əmirxan qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Xancan Umarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ülkər Ələkbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
ABŞ-ın Los-Anceles əyalətinin Beverli Hils şəhərində türklərə məxsus “Kafe İstanbul” restoranına hücum edən erməni icmasının radikal üzvlərindən biri həbs edilib.
Axar.az Report-a istinadən xəbər verir ki, Federal Təhqiqat Bürosunun və Los-Anceles Polis Departamentinin birgə təhqiqatı ilə 2020-ci ilin 4 noyabrında cinayətin törədilməsində şübhəli bilinən şəxslərdən biri dünən səhər Qlendeyl şəhərində həbs olunub. Beverli Hils Polis İdarəsi və Federal Təhqiqat Bürosu tərəfindən ətraflı araşdırma aparılıb, hadisə yerindən götürülmüş dəlillər analiz edilib və buna əsasən istintaq tədbirləri görülüb.
Təhqiqat nəticəsində 22 yaşlı erməni Uliyam Stepanyan həbs edilib. O, qarətdə, vandalizmdə və digər cinayətlərdə ittiham edilir. Stepanyan hazırda Beverli Hils Polis idarəsindədir. Onun məhkəməsi noyabrın 16-da keçiriləcək.
Təhqiqat zamanı müəyyən olunub ki, cinayəti 6-8 nəfər törədib.
“Əgər sizdə şübhəlilər barədə hər hansı informasiya varsa, polisə müraciət edin. Əgər anonim qalmaq istəyirsinizsə, bu barədə “BEVHILLSPD"-ə mesaj yazın”, - polisin vətəndaşlara müraciətində bildirilir.
Qeyd edək ki, noyabrın 4-ü axşam radələrində Beverli Hils şəhərində erməni icmasının radikal üzvləri türklərə məxsus “Kafe İstanbul” restoranına hücum edib. Beverli Hils Polis İdarəsinin məlumatına əsasən 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək və restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vuraraq, Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər.
Ağstafa polisi qanunsuz silah saxlayan şəxsə qarşı əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri keçiriblər.
Ağstafa rayon sakini E.Qəhrəmanovun idarə etdiyi VAZ-2107 markalı avtomobil saxlanılıb.
Nəqliyyat vasitəsinə baxış zamanı sərnişin N.Məsimovdan AK-74 markalı avtomat silahı, 22 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Noyabrın 11-də saat 16 radələrində Saatlı rayonu, Orta Muğan kənd sakini 1993-cü il təvəllüdlü Əliyeva Aynur Asif qızı bıçaqlanaraq öldürülüb.
Saatlı rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırmalarla zərərçəkmiş şəxsin əri, 1987-ci il təvəllüdlü Şirinov Qadir Əyyub oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirərək Aynur Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qadir Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Noyabrın 11-də saat 16 radələrində Saatlı rayonu, Orta Muğan kənd sakini 1993-cü il təvəllüdlü Əliyeva Aynur Asif qızının bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Saatlı rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin əri 1987-ci il təvəllüdlü Şirinov Qadir Əyyub oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirərək Aynur Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Qadir Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.