Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda minik avtomobilinin vurduğu qadın ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini İ.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Təranə Muradxanovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bərdədə 25 yaşlı qız 39 yaşlı qadını güllələyib öldürdü

Noyabrın 10-da, saat 11 radələrində Bərdə rayonu, Mollalı kənd sakini 1981-ci il təvəllüdlü Hacıyeva Sevda İsa qızı odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.

Bərdə rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, araşdırmalarla zərərçəkmişin qohumu 1995-ci il təvəllüdlü Mehralıyeva Nərmin Güloğlan qızının birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sevda Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nərmin Mehralıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Tovuz rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Qovlar şəhərində ümumi sahəsi 144 m² olan birmərtəbəli evin 2 otağının yanar və tavanının taxta atmaları 90 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ermənilər 26 yaşlı oğlanı yaraladı

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, bu gün düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 16 radələrində Ağdam rayonu, Üçoğlan kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Əhmədli Məhəmməd Xanlar oğlu xəsarət alıb. 

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Belarus hökuməti koronavirusa yoluxmaların kəskin artması səbəbindən yalnız əcnəbilərə deyil, vətəndaşlarına da ölkə ərazisinə girişi qadağan edib.

Axar.az xəbər verir ki, hökumət iclaslarından birində çıxış edən ölkə Prezidenti Aleksandr Lukaşenko bildirib ki, sərhədçilər vətəndaşlığı nəzərə almadan heç kimi sərhəddən buraxmayacaq.

“Sərhədçilərə yalnız əcnəbilərin deyil, çətin zamanlarda ölkəni tərk edən hiyləgər belarusluların da ölkəyə girişini qadağan etməsi ilə bağlı təlimat verdim. Virusu bura gətirmələrinə ehtiyac yoxdur. Hansı ölkənin vətəndaşı olmaları da önəmli deyil. Oxumaq və işləmək üçün oraya gediblərsə, qoyun, elə də qalsınlar”, - deyə Lukaşenko bildirib

Qeyd edək ki, Belarus prezidenti bundan öncə tibbi işçiləri ilə bağlı bənzər qərar vermişdi.

Qubada tibb işçisi koronavirus xəstəsini qohumları ilə görüşdürüb

Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım stansiyasında böyük tibb qardaşı işləyən Bəhramxan Balazadə epidemiya və karantin rejimi qaydalarını pozaraq, xüsusi mühafizə olunan Quba RMX-da koronavirus pandemiyasından stasionar müalicə alan qohumunun yeniyetmə övladları ilə görüşməyini təşkil edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, yeniyetmələri xüsusi geyim forması olan skafandr, tibbi maska və tibbi eynəklə təmin edən və təyin olunmuş xüsusi karantin qaydalarını kobud şəkildə pozan tibb işçisinin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış və o, saxlanılaraq polis şöbəsinə gətirilib.

İlkin dindirilmə zamanı B.Balazadə törətdiyi əməlini səmimi etiraf edərək, peşman olduğunu bildirib.

Hazırda faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 5-də düşməndən azad edilmiş Füzuli şəhərində inzibati binanın yaxınlığında açıq sahədə məişət tullantıları yanıb.

FHN-dən Axar.az-a bildirilib ki, yanğın əraziyə dərhal cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən qısa müddətdə söndürülərək alovun inzibati binaya keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində 50 kv.m sahədə məişət tullantıları yanıb.

Qeyd edək ki, bu, FHN qüvvələrinin işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirdiyi ilk yanğınsöndürmə əməliyyatıdır.