Bakının Xətai rayonunda mənzildən qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, noyabrın 12-də Xətai rayonu ərazisindəki evlərin birindən 1 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan H. Quliyev noyabrın 13-də saxlanılıb.