Son xəbərlər

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşı qəzaya düşüb. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə zamanı polis serjantı Tural Atakişiyev xəsarət alıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Cəlilabad RPŞ-nin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı Tural Atakişiyev idarə etdiyi özünə məxsus VAZ-21214 markalı avtomobillə dekabrın 29-da axşam saatlarında xidmətdənkənar vaxtda Cəlilabad-Yardımlı yolunun Sərhədabad kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşıb:

"Qəza nəticəsində xəsarətlər alan sürücü T.Atakişiyev Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda ona təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilir". 

Faktla bağlı araşdırma aparılır.

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, Gəncə Şəhərinin sabiq baş memarı Əli Rüstəmov və Razin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Axar.az xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib.

Prokuror Məharət Mustafayev və Əli Rüstəmovun hər birinin 6 il, Razin Qəhrəmanovun isə 5 müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Qeyd olunub ki, Razin Qəhrəmanov barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri ləğv edilməli, məhkəmə zalında həbs olunmalıdır.

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər.

 

Növbəti proses yanvarın 10-a təyin olunub.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində işləmiş vəzifəli şəxslərlə bağlı əməliyyat keçirib. Əməliyyat zamanı şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Ə.Rüstəmov və Gəncə Şəhər Nizami Rayon İcra hakimiyyətinin keçmiş başçısı M.Mustafayev saxlanılıb.

Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham irəli sürülərək barələrində həbs-qətimkan tədbiri seçilib.

Vəzifə cinayətlərinin törədilməsində iştirak edən Razin Qəhrəmanov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.