Son xəbərlər

 

Zaqatalada iki qardaşın birgə yaşadığı evin qardaşların biri tərəfindən qəsdən yandırıldığı məlum olub.

 

Zaqatalanın Mosul kəndində fərdi yaşayış evinin qəsdən yandırılması faktı ilə bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb.

DİN-nin Mətbuat Xidmətinin Şəki Regional Qrupunun inspektoru, polis baş leytenantı Mahir Məsimovun verdiyi məlumata görə, dekabrın 31-i axşam saat 23 radələrində rayonun Mosul kəndində fərdi yaşayış evinin qəsdən yandırılması ilə bağlı Zaqatala rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında RPŞ-nin təhqiqat qrupunun əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər. Hadisə yerindən müvafiq kül nümunələri götürülüb.

İlkin məlumata görə, Tərlan və Əhliman Gülməmmədov qardaşları yanan fərdi yaşayış evində birgə yaşayıblar. İki qardaş arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Əhliman Gülməmmədov qardaşı ilə birgə yaşadıqları evi qəsdən yandırıb. Əhliman Gülməmmədov hadisəni törətdikdən sonra hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki iki qardaşa məxsus ev əşyaları ilə birlikdə yanıb.

Faktla bağlı Zaqatala RPŞ-nin təhqiqat qrupunda araşdırma aparılır.

20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü