![]() |
![]() |
Gəncə Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, Gəncə Şəhərinin sabiq baş memarı Əli Rüstəmov və Razin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Axar.az xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib.
Prokuror Məharət Mustafayev və Əli Rüstəmovun hər birinin 6 il, Razin Qəhrəmanovun isə 5 müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd olunub ki, Razin Qəhrəmanov barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri ləğv edilməli, məhkəmə zalında həbs olunmalıdır.
Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər.
Növbəti proses yanvarın 10-a təyin olunub.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində işləmiş vəzifəli şəxslərlə bağlı əməliyyat keçirib. Əməliyyat zamanı şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Ə.Rüstəmov və Gəncə Şəhər Nizami Rayon İcra hakimiyyətinin keçmiş başçısı M.Mustafayev saxlanılıb.
Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham irəli sürülərək barələrində həbs-qətimkan tədbiri seçilib.
Vəzifə cinayətlərinin törədilməsində iştirak edən Razin Qəhrəmanov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Abşeron rayonunda zəhərlənmə hadisəsi baş verib.
Bakıda zəhərlənmə hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Y.V.Çəmənzəmənli küçəsində yaşayan 2007-ci il təvəllüdlü Aynur Telman qızı Nuri yaşadığı evdə dəm qazından zəhərlənib. Xəsarət alan yeniyetmə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Zaqatalada azyaşlını küçə iti dişləyib.
Qax rayonunda intihar hadisəsi baş verib.
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 10 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Nərimanov rayonunda 1960-cı il təvəllüdlü Yolçuyev Şahbala Allahverdi oğlunun meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.