Vətəndaşlardan qanunsuz saxladıqları 10 ədəd ov tüfəngi və 1 ədəd AK-74 markalı avtomat silahı aşkar edilərək götürülüb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumata verilib.
Bildirilib ki, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 23-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi və 1 ədəd AK-74 markalı avtomat silahı aşkar edilərək götürülüb.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.