Gəncədə intihar hadisəsi baş verib.
Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, rayon sakini Elşən Kərimov idarə etdiyi VAZ-2106 markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.
Sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhələr yarandığından bölməyə gətirilib və təyin olunan ekspertiza zamanı E.Kərimovun marixuana qəbul etdiyi sübuta yetirilib.
Keçirilən digər bir tədbir zamanı isə taksi fəaliyyəti ilə məşğul olan VAZ-2107 markalı avtomobilin sürücüsü Nurlan Səmədov saxlanılıb. Müayinə zamanı onun marixuana qəbul etdiyi məlum olub.
Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Bakıda intihar hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, yanvarın 6-da R.Məmmədov Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək azyaşlı qızının itməsi barədə məlumat verib.
Zaqatalada evdən 18 min manatlıq oğurluq edilib.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Zaqatala Raron Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan T.Babayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 3-cü Tala kəndindəki evlərin birindən 500 manat pul, 1 200 ABŞ dolları (2 500manat ) və 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda evdən içərisində pul, qızıl-zinət əyaları və qol saatları olan seyf oğurlanıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Binəqədi rayonunda yerləşən evlərdən birində qeydə alınıb.
Belə ki, zərərçəkən ev sahibi polisə müraciət edərək 31 dekabr – 2 yanvar tarixləri arasında evdə olmadığı müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əyaları və 15 min manat dəyərində qol saatları olan seyfin oğurlandığını bildirib.
Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.
DİN əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri, əvvəllər məhkum olunmuş Murad Allahverdiyev və Uveys Məmmədov saxlanılıblar.
Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Qeyd edək ki, bu şəxslərin oğurladıqları qızıl-zinət və digər əşyalar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvəllər məhkum edilmiş Anar Məmmədov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.