Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırovun nəşi Şirvan şəhərinə gətirilib.
Axar.az Report-a istinadən xəbər verir ki, zabitin üçrəngli bayrağa bükülmüş tabutu bu gün səhər saatlarında ailəsinə təhvil verilib.
Qeyd edək ki, F.Bağırov ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayıb. Ailəli idi, bir oğlan və bir qız yadigarı qalıb.
Xatırladaq ki, baş leytenant Fuad Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərində doğulub. 2009-2013-cü illərdə H. Əliyev adına Ali Hərbi məktəbdə təhsil alib. Rabitəçi ixtisasına yiyələnib.
Yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib. Dvam edən axtarışlar zamanı baş leytenant F.Bağırovun nəşi isə ötən gün aşkar edilib.
Allah rəhmət etsin!
Gəncə Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və Razin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sosial şəbəkələrdə Masallı rayonunun Alvadı kəndində azyaşlı qızın ərə verilməsi ilə bağlı məlumat yayılıb.
Bakıda məktəbli intihar edib.
Azərbaycanda koronavirusla əlaqədar distant tədrisə keçən məktəb və siniflərin sayı açıqlanıb.
Təhsil Nazirliyindən Axar.az-a bildirilib ki, hazırda ölkə üzrə 3 məktəb distant təhsildədir.
Bundan əlavə, distant təhsilə keçən siniflərin sayı 203-dür.
Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib.