Abşeron rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Milli.Az "report"-a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Məmmədov Azər Məharət oğlu, 1998-ci il təvəllüdlü Əhmədov Rəvan Məmməd oğlu və 1989-cu il təvəllüdlü Qədirov Orxan Məzahir oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.