![]() |
![]() |
Hacıqabulda 59 yaşlı qadın itkin düşüb.
Yanvarın 30-da Suraxanı rayonu, Hövsan qəbəsində 25.12.1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Gədəbəydə evə basqın olub.
10:06
Bakıda evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.
Bu barədə Axar.az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, yanvarın 29-u saat 01 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi bina 012E, mənzil 98 ünvanında 1972-ci il təvəllüdlü İlham Hüseynovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bundan başqa, həmin binanın qarşısındakı asfalt örtük üzərində 1997-ci il təvəllüdlü Fuad Mayılovun meyiti aşkar edilib.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlham Həsənovun meyitinin müayinəsi zamanı onun üzərində deşici-kəsici alətlə törədilməyə xarakterik çoxsaylı xəsarətlər, Fuad Mayılovun meyitinin üzərində isə hündürlükdən yıxılmaya xarakterik çoxsaylı sınıq xəsarətlərinin olması müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Füzuli rayonunda traktor minaya düşüb.
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər - Xırdalan şəhərində yaşayan əvvəllər məhkum olunmuş Sehranə İsgəndərova, Cəmilə Musayeva, Heydər Abbasov, Rəşad Əliyev və Cavid Qurbanov saxlanılıblar.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Araşdırma nəticəsində müəyyən edilib ki, Sehranə İsgəndərova Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs olub. O, xaricdə yaşayan narkotacirlərdən biri ilə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun ölkə ərazisinə göndərdiyi külli miqdarda heroini Abşeron rayonu ərazisində qəbul edib. Daha sonra Sehranə İsgəndərova adları çəkilən şəxslərdən ibarət narkoşəbəkə quraraq Abşeron rayonunda narkotik vasitələrin satışını təşkil edib. Onun Xırdalan şəhərində yerləşən evinə və üzərinə baxış zamanı 2 kiloqram 700 qram heroin və psixotrop maddə metamfetamin aşkar edilib.
Qeyd edək ki, Sehranə İsgəndərovanın yaşadığı evdə narkotik vasitə aludəçiləri üçün tiryəkxana təşkil etdiyi də müəyyən edilib.
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri digər tədbir nəticəsində isə Novxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Vüqar Həsənov saxlanılıb. Onun üzərinə baxış zamanı 9 büküm ümumi çəkisi 50 qram olan heroin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub. Vüqar Həsənovun ətrafında aparılan arşdırmalar zamanı onun Novxanı qəsəbəsində əsasən gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu müəyyən edilib.
Faktla bağlı Vüqar Həsənov barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Sonuncu əməliyyatlar zamanı saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Lənkəran rayonunda intihar hadisəsi baş verib.
Bakının Yasamal rayonunda 5 nəfər dəm qazından zəhərlənib.
Bakıda 17 yaşlı qız hündürmərtəbəli binadan yıxılaraq ölüb.
Abşeron Rayon Polis İdarəsinə yanvarın 24-də Masazır qəsəbəsi ərazisində qəsəbə sakini K.Səfərlinin tüfəngdən açılmış atəş nəticəsində kürək nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Xuliqanlıq zəminində tüfəngdən açdığı atəşlə K.Səfərliyə xəsarət yetirməkdə şübhəli bilinən dayısı, Beyləqan rayon sakini B.Mürsəlov saxlanılıb.
Ondan hadisəni törədərkən istifadə etdiyi İJ-43 markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanıb.