Son xəbərlər

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə Qaracəmirli kəndi ərazisində qeydə alınıb.

 

Qəza nəticəsində 16 yaşlı N.Aslanov və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Hadisənin səbəbi araşdırılır.

Astara sakinində qanunsuz odlu silah aşkarlanıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini T.Ağayevdən qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmin silah aidiyyəti üzrə təhvil verilib. T.Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılmasından ötrü Astara Rayon Məhkəməsinə göndərilib.

Bakıda 18 yaşlı gənc qız dəm qazından zəhərlənib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində 2004-cü il təvəllüdlü Əsgərova Könül İbadulla qızı yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.