Son xəbərlər

 

"Gəncə işi”ndə təqsirləndirilən Yusif Sadıxov və Müşviq Qurbanova hökm oxunub.

Axar.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, Y.Sadıxov barəsində Cinayət Məcəlləsinin (CM) 29, 120.2.1 (Qəsdən adam öldürməyə cəhd), 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11 (Qəsdən adam öldürmə), 214.2.1 (Terrorçuluq), 214.2.3, 214.2.6, 28, 277, 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə irəli sürülən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddələrlə ona bəraət verilib.

Y.Sadıxov CM-nin 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6, 228.3 və 279.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib.

Hökmdə qeyd edilib ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətdikdən sonra vəfat edən Y.Sadıxov təqsirli bilindiyi CM-nin 28, 214.2.1, 28, 214.2.3, 28,214.2.6, 228.3 və 279.1-1-ci maddələri ilə cəza təyin olunmayıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.

Bundan başqa, hökmə görə M.Qurbanov barəsində CM-nin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 277 və 279.1-1-ci maddələri ilə verilən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddələrlə ona bəraət verilib. CM-nin 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6 və 28, 277-ci maddələrindən həmin məcəllənin 307.3-cü (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib və o, həmin maddə ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrum olunub.

 

Qeyd edək ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Səfərova ömürlük həbs cəzası verilib.

Y.Sadıqov və M.Qurbanov da bu iş üzrə ittiham olunaraq saxlanılıb.

Xatırladaq ki, Y.Sadıxov 2020-ci ilin noyabrın 30-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında vəfat edib.

20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü