Son xəbərlər

 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və silah sursat aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Rizvan Əkbərov narkotik vasitə heroini satarkən saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı həyətdəki qarajda saxlanılan VAZ-2106 markalı avtomobilin mühərrik hissəsində gizlətdiyi ayrı-ayrı bükümlərdə ümumilikdə 6 kiloqramdan artıq heroin, 1 kiloqram 250 qram metamfetamin, 2 kiloqrama yaxın qurudulmuş marixuana və 1 ədəd tərəzi aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə həmin şəxsin qohumuna məxsus yaşayış evində silah-sursat gizlətdiyi də müəyyən edilib. Keçirilən baxış zamanı həmin evdən 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara məxsus 3 ədəd sandıça və 12 ədəd patron, həmçinin üzərinə snayper tüfənginə məxsus uzaq görmə cihazı quraşdırılmış 1 ədəd karabin odlu silahı aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı R.Əkbərovun həmin narkotik vasitə və silahları xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.

 

Lənkəran ŞRPŞ-nin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakinləri Orxan Ağazadə və Riyad Əskərov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla həmin şəxslərin narkotik vasitəni Liman şəhər sakini Şahin Bağırovdan əldə etdikləri müəyyən edilib. Keçirilən baxış zamanı Ş.Bağırovun üzərindən və idarə etdiyi “Mercedes” markalı avtomobilin yük yerindən 2 kiloqram 174 qram heroin aşkarlanaraq götürülüb. Həmin şəxsin narkotik vasitəni xairici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Əşrəf Səfərov və İqbal Abbasov da saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır

13 May 2025 Fəhlənin sinəsinə armatur batdı
06 May 2025 Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
14 Aprel 2025 Qumar oyunları təşkil edən şəxs sərbəst buraxıldı
24 Mart 2025 Duracaqda 22 maşın külə döndü - Video
19 Mart 2025 Çərşənbə şənliyi: kürdlər şəhərimizə iddia etdi
08 Mart 2025 Çərşənbə tonqalında yanan azyaşlı öldü
08 Mart 2025 Psixoloji problemi olan şəxs dərmandan zəhərlənib öldü
18 Fevral 2025 Bank kartlarından oğurluq edən şəxs saxlanıldı
17 Fevral 2025 Nazirlik əməkdaşı özünü güllələdi
12 Fevral 2025 Kişi təmizlik edərkən yuyucu tozdan zəhərlənib öldü
11 Fevral 2025 Dörd qadın futbolçunu ildırım vurdu
20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə