Son xəbərlər

Abşeron Rayon Polis İdarəsinə yanvarın 24-də Masazır qəsəbəsi ərazisində qəsəbə sakini K.Səfərlinin tüfəngdən açılmış atəş nəticəsində kürək nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Xuliqanlıq zəminində tüfəngdən açdığı atəşlə K.Səfərliyə xəsarət yetirməkdə şübhəli bilinən dayısı, Beyləqan rayon sakini B.Mürsəlov saxlanılıb.

 

Ondan hadisəni törədərkən istifadə etdiyi İJ-43 markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanıb.

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Axar.az Report-a istinadla xəbər verir ki, rayonun Muzdurlar kənd sakini, 2002-ci il təvəllüdlü M.Rafiyev mübahisə zəminində iki bıçaq xəsarəti alıb.

 

Qardaşı tərəfindən xəstəxanaya çatdırılan M.Rafiyev artıq əməliyyat olunub, vəziyyəti kafi qiymətləndirilir

Faktla bağlı araşdırma aparılır.

Balakəndə 75 yaşlı kişi yanaraq ölüb.

Bu barədə Axar.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Rayonun Gərəkli kəndində ümumi sahəsi 12 m² olan birmərtəbəli köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

 

Yanğın yerinin kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü Zumrat Nəcməddin oğlu Osmanovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Qəbələ sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Nic qəsəbə sakini Aleksandr Həsənovdan müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Gədəbəy rayonunda avtomobil aşıb.

Axar.az Report-a istinadən xəbər verir ki, yolun buzlu olması səbəbindən minik avtomobili idarəetmədən çıxaraq aşıb.

 

Qəza nəticəsində bir ailənin üzvləri - 2010-cu il təvəllüdlü Röyal İlqar oğlu Məmmədov, 1985-ci il təvəllüdlü Hicran Əmiraslan qızı Məmmədova və 1974-cü il təvəllüdlü İlqar Oktay oğlu Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bakıda 41 yaşlı kişını avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 1981-ci il təvəllüdlü Tahirov Məcid Yaqub oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi İlə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.