Gədəbəy rayonunda avtomobil aşıb.
Axar.az Report-a istinadən xəbər verir ki, yolun buzlu olması səbəbindən minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində bir ailənin üzvləri - 2010-cu il təvəllüdlü Röyal İlqar oğlu Məmmədov, 1985-ci il təvəllüdlü Hicran Əmiraslan qızı Məmmədova və 1974-cü il təvəllüdlü İlqar Oktay oğlu Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.