Son xəbərlər

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Axar.az Report-a istinadla xəbər verir ki, rayonun Muzdurlar kənd sakini, 2002-ci il təvəllüdlü M.Rafiyev mübahisə zəminində iki bıçaq xəsarəti alıb.

 

Qardaşı tərəfindən xəstəxanaya çatdırılan M.Rafiyev artıq əməliyyat olunub, vəziyyəti kafi qiymətləndirilir

Faktla bağlı araşdırma aparılır.

Balakəndə 75 yaşlı kişi yanaraq ölüb.

Bu barədə Axar.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Rayonun Gərəkli kəndində ümumi sahəsi 12 m² olan birmərtəbəli köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

 

Yanğın yerinin kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü Zumrat Nəcməddin oğlu Osmanovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Qəbələ sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Nic qəsəbə sakini Aleksandr Həsənovdan müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Gədəbəy rayonunda avtomobil aşıb.

Axar.az Report-a istinadən xəbər verir ki, yolun buzlu olması səbəbindən minik avtomobili idarəetmədən çıxaraq aşıb.

 

Qəza nəticəsində bir ailənin üzvləri - 2010-cu il təvəllüdlü Röyal İlqar oğlu Məmmədov, 1985-ci il təvəllüdlü Hicran Əmiraslan qızı Məmmədova və 1974-cü il təvəllüdlü İlqar Oktay oğlu Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bakıda 41 yaşlı kişını avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 1981-ci il təvəllüdlü Tahirov Məcid Yaqub oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi İlə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon sakini Azər Mənəfovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi və həmin silaha məxsus 3 ədəd patron götürülüb.

 

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun barəsində qanunamüvafiq tədbir görülüb.