Bakının Yasamal rayonunda 5 nəfər dəm qazından zəhərlənib.
Milli.Az "report"-a istinadən bildirir ki, hadisə rayonun müxtəlif ərazilərində qeydə alınıb.
Ş.M.Xiyabani küçəsində 1984-cü il təvəllüdlü Səfərova Kamilla Aleksandr qızı, 1977-ci il təvəllüdlü Məmmədov Rafiq Elbəyi oğlu, 2001-ci il təvəllüdlü Kazımlı Pərvanə Ceyhun qızı, 2-ci Alatava ərazisində 2001-ci il təvəllüdlü İmanova Rüqəyya Məhərrəm qızı və Mustafa Sübhi küçəsində 2000-ci il təvəllüdlü Alməmmədova Aygün Hafiz qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisələrin təfərrüatı araşdırılır.