Son xəbərlər

Vətən Müharibəsi qazisi İlqar Vaqif oğlu Məmişov xərçəng xəstəliyindən vəfat edib.

Axar.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

 

Bildirilib ki, qazimiz 1 ildən artıq müddət ərzində xərçəng xəstəliyi ilə mübarizə aparıb.

Fevralın 3-ü saat 22 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində 1970-ci il təvəllüdlü Sədiyar Novruzovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Axar.az-a şəhər prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla zərərçəkmişin qonşusu, 2000-ci il təvəllüdlü Ramin Nəzərlinin şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla Sədiyar Novruzova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.