Son xəbərlər

Bakıda ana və onun övladlarını qətlə yetirən Əhəd Əliyev əvvəllər Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.

Axar.az xəbər verir ki, bu barədə Report-a onun yaxınları məlumat verib.

Məktəbdən isə fakt təsdiqlənib. Bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən Əhəd Əliyev təxminən 2007-ci ildən 2014-cü illərdə məktəb direktoru vəzifəsində çalışıb:

"O, Sabirabad rayonunda yaşayırdı. Prokurorluq nümayəndələri başqa bir işlə bağlı direktorun fəaliyyət dövrünü əhatə edən sənədləri Saatlı Rayon Təhsil Şöbəsindən götürüblər”.

Vurğulanıb ki, Əhəd Əliyevin fəaliyyətində nöqsanlara yol verdiyinə görə, həmin dövrdə işi məhkəmədə olub:

“Yazı işlərində qanunsuzluq etmişdi. Araşdırmalar aparıldı. Ödənişləri ödətdirdilər, işə xitam verildi”.

Qeyd edək ki, qətl hadisəsi fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə yaşadıqları evdə iki azyaşlı övladı ilə birgə qətlə yetirilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

DİN-dən Axar.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 19-da və 20-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb.

Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 silah könüllü olaraq polisə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Qax rayonunun dağ-meşə ərazisində ərazində yanğın başlayıb.

Axar.az-ın məlumatına görə, yanğın Qax rayonu Qum kəndi ərazisinə təqribən 3 kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş verib.

Əraziyə İlisu Dövlət Təbiət Qoruğunun və Qax Meşə Mühafizəsinin əməkdaşları, Qum və Çinarlı kənd sakinləri, Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 50 nəfərlik şəxsi heyəti cəlb olunub.

 

Ümumilikdə 100 nəfər yanğının söndürülməsi istiqamətində işlər aparıb və yanğın 2 saatdan sonra lokallaşdırılıb.

Hazırda yanğının daha geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür.

İlkin məlumatlara görə, yanğın nəticəsində qoruq ərazisində təqribən 3 hektar ərazidə quru ağaclar yanıb.

Şəkidə güllələnmə hadisəsi baş verib.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı il təvəllüdlü Pərvin İsmayılov 1992-ci il təvəllüdlü Nurlan Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə təklüləli ov tüfəngi ilə ov edən zaman P.İsmayılov ehtiyatsızlıqdan N.Mustafayevi güllələyərək öldürüb.

 

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri zamanı rayon sakinləri İ.Qulamov, V.Zamanov və A.Paşayevdən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

 

Silahlar aidiyyəti üzrə təhvil verilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılmasından ötrü Astara Rayon Məhkəməsinə göndərilib.

Göygöl Rayon Prokurorluğu 20 yaşlı gəncin öldürülməsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Axar.az-a daxil olan məlumatda deyilir:

"Fevralın 15-də saat 22 radələrində Göygöl rayonu ərazisində 2002-ci il təvəllüdlü Cavidan Məmmədovun öldürülməsi fakt ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü Cəlal Apiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavidan Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

 

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Cəlal Apiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir".