![]() |
![]() |
Lənkəranda fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində yeni tikilməkdə olan 7 mərtəbəli yaşayış binasında baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.