Bakı Ağır Cinayətlər Məhkəməsində FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Şuşada 1 nömrəli məktəbin layihələndirmə işləri yekunlaşıb və tikintiyə başlanılacaq.
Lənkəranda Azərişıq ASC-nin əməkdaşının maşınına benzin töküb yandırıblar.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, “Azərişığ”ın əməkdaşı Rauf Kərimov şəhər sakini S.Əliyevin evində qanunsuz əlavə elektrik xətti aşkar edərək akt tərtib edib.
Bundan qəzəblənən vətəndaş R.Kərimova məxsus VAZ-2115 markalı maşının üzərinə benzin tökərək yandırıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev açıqlamasında faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparıldığını deyib.
Qusar rayon Yuxarı Zeyxur kənd tam orta məktəbinin 8-ci sinif şagirdinin intiharının bəzi detalları məlum olub.
Bakıda 22 yaşlı gənc intihara cəhd edib.
Dekabrın 8-i saat 21 radələrində Qaradağ rayonu, Salyan şossesi 47 ünvanında yerləşən kərpic istehsalı ilə məşğul olan AAC MMC-də fəhlə işləyən 1997-ci il təvəllüdlü Ruslan Kərimovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Axar.az-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Ruslan Kərimov sement və gilin qarışdırılması üçün nəzərdə tutulan quyunun divarlarındakı sement qalıqlarını elektrik mühərrikli dəlici alətlə təmizləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.
12:55
Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iki mülki şəxs mina partlaması nəticəsində həlak olub.
Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.
***
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.