Son xəbərlər

Lənkəranda Azərişıq ASC-nin əməkdaşının maşınına benzin töküb yandırıblar.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, “Azərişığ”ın əməkdaşı Rauf Kərimov şəhər sakini S.Əliyevin evində qanunsuz əlavə elektrik xətti aşkar edərək akt tərtib edib.

Bundan qəzəblənən vətəndaş R.Kərimova məxsus VAZ-2115 markalı maşının üzərinə benzin tökərək yandırıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev açıqlamasında faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparıldığını deyib.

Dekabrın 8-i saat 21 radələrində Qaradağ rayonu, Salyan şossesi 47 ünvanında yerləşən kərpic istehsalı ilə məşğul olan AAC MMC-də fəhlə işləyən 1997-ci il təvəllüdlü Ruslan Kərimovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Axar.az-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Ruslan Kərimov sement və gilin qarışdırılması üçün nəzərdə tutulan quyunun divarlarındakı sement qalıqlarını elektrik mühərrikli dəlici alətlə təmizləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.