Füzulidən Şuşaya qədər gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə vuruşan qəhrəman əsgərlərimizdən biri də Masallı rayonundan olan Məhəmməd Əliyevdir. Qələbəyə bir neçə saat qalmış Şuşada şəhidlik məqamına yüksələn Məhəmməd ölümdən sonra 6 medalla təltif edilib.
44 gün davam edən Vətən müharibəsində rəşadət göstərərək düşmən üzərində qazandığımız qələbədə payı olan, igidlərimizdən biri də Məhəmməd Əliyevdir. O, 1999-cu ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olub.
27 sentyabr tarixində Vətən müharibəsi başlayanda Məhəmməd Əliyev də əlində silah, ürəyində qələbəyə ümid, Vətən oğullarının sırasında düşmənin üzərinə yürüyür. Məhəmmədin amalı 30 il işğal altında olan torpağlarımızı düşməndən azad etmək idi. Füzulidən Şuşaya qədər gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə vuruşan Məhəmməd qələbənin bir addımlığında, noyabın 9-da Şuşa şəhərində 21 yaşında şəhidlik məqamına yüksəlir.
Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Xocavənd, Şuşanın azad olunmasında iştirak edən Məhəmməd ƏIiyev odun-alovun içində olsa da, ailəsinə narahatçılıq yaşatmır. Ata, anas ilə danışanda isə belə deyir, mən müharibədə deyiləm.
Məhəmməd Əliyev Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, "Vətən uğrunda" "İgidliyə görə" "Cəbrail, Xocavənd və Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilb.
Milli.Az