Son xəbərlər

Bakıda yeni doğulmuş qız uşağı binalardan birinin girişinə atılıb.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, hadisə paytaxtın mərkəzində - Nəsimi rayonu, Alı Mustafayev küçəsindəki binada qeydə alınıb.

Körpə Bakıdakı körpələr evindən birinə təhvil verilib.

Bir neçə gün öncə "TikTok" platformasında "ll@amid52" adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub.

Ardını oxu...

Gəncə şəhərində fərdi evdə partlayış baş verib.

Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Əlişir Nəvai küçəsində qeydə alınıb.

Partlayış nəticəsində evin müəyyən hissəsi uçub, bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Bakıda daş karxanasında maşinist faciəvi şəkildə ölüb.

Bildirilib ki, noyabrın 12-si saat 18 radələrində Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində yerləşən Qaradağ ASC-yə məxsus daş karxanasında maşinist işləyən Əbülfəz Hacıyevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Axar.az-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Əbülfəz Hacıyev işlədiyi daş karxanasında idarə etdiyi daş kəsən mişar maşın-kombaynın mühərrik hissəsinə ilişərək mühərrikin hərəkətdə olan hissəsinin arasında qalması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.