Son xəbərlər

 

Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində son bir neçə ay ərzində mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.

 

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elmin Cəfərov tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı onun Bakıxanov qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 8 evdən oğurluq etdiyi müəyyən edilib. Elmin Cəfərov bu evlərdən ümümilikdə 103 min manatdan artıq pul və qızıl-zinət əşyaları oğurlayıb. Oğurluq yolu ilə əldə etdiyi maddi vəsait hesabına Elmin Cəfərov 2 ədəd avtomobil və şəxsi istifadəsi üçün digər qiymətli əşyalar alıb. O, törətdiyi oğurluq hadisələrini etiraf edib.

Sabunçu rayonu ərazisində həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı da əməliyyatlar davam etdirilir. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Emin Manafov, Murad İsmayılov və Elşad Həsənov saxlanılıb. Bu şəxslər ümumilikdə 60 qrama yaxın heroin və metamfetamin aşkar edilib.

Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması, onların mənbələrinin aşkar edilməsi və rayon ərazisində qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxlərin ifşa edilməsi istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü