Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli orta məktəbdə şagirdlər arasında baş verən və bir nəfərin kəsici alətlə xəsarət alması ilə nəticələnən mübahisənin təfərrüatı məlum olub.
Axar.az xəbər verir ki, məktəbin direktoru Vəfa Tağıyevanın Axar.az-a hadisənin noyabrın 27-də saat 11:40 radələrində, məktəbdən kənarda mağazada qeydə alındığını bildirib.
Direktorun sözlərinə görə, mübahisə edən şagirdlərin hər ikisi həmin gün məktəbə gəlməyib:
"Həmin hadisə nə məktəbdə, nə də həmin şagirdlərin dərs vaxtında olmayıb. Ümumiyyətlə məktəb yoldaşına kəsici ailətlə xəsarət yetirən şagird 10 gün idi dərsə gəlmirdi. Həmin gün anası onu duz almaq üçün mağazaya göndərib. Şagirdin yaşadığı ev məktəbə yaxın ərazidədir. Küçədə xəsarət alan 6-cı sinif şagirdi ilə rastlaşıb və aralarında nə olubsa ona kəsici ailətlə yüngül kəsik xəsarəti yetirib. Mən həmin saatda məktdə idim və bir də gördüm ki, polis əməkdaşları gəldirlər. Məsələni biləndən sonra onlara da bildirdim ki, hər iki şagird dərsdə olmayıb və hadisə məktəb daxilində qeydə alınmayıb. Özləri də məsələni araşdırıb dəqiqləşdirdilər. Sonra mən xəsarət alan şagirdin evinə getdim baxdım ki, ciddi xəsarəti yoxdur. Birinci gün hər iki şagird məktəbə gəlib və bu gün də məktəbdə olublar".
V.Tağıyeva onu da bildirib ki, hadisəni törədən 5-ci sinif şagirdinin psixoloji problemi var: "Məktəbimizin psixoloqu bu barədə mənə məlumat verəndən sonra bir neçə dəfə şifahi, 1 dəfə yzılı və bir dəfə də həmin şagirdin valideynlərini məktəbə çağırıb xəbərdarlıq etmişəm. Hətta onun bibisi də müəllimədir, o, da bizim kimi bu haqda uşağın valideynlərinə müraciət edib ki, bu şagirdi xüsusi məktəblərdən birinə köçürüb orda təhsilinə davam etdirmək lazımdır.
Bununla bağlı xüsusi sənədlərin hazırlığına da başlanılılmışdı. Təssüf ki, sənədləşmə işləri başa çatmadan belə bir hadisə oldu. Biz həmin uşağa məktəbdə xüsusi nəzarət yetiririk. Sinif rəhbərinə də tapşırmışdım ki, mütləq ciddi nəzarət yetirin ona. O, həmişə məktəbdə xüsusi nəzarət altında olub. Valideynlərinə də dəfələrlə bu haqda demişik, lakin uşağı təhsildən yayındırmaq da olmaz deyə dərsə gəlməsinə icazə vermişdim.
Çox güman ki, sənədləşmə işləri başa çatdıqdan sonra həmin şagird yaxınlarının da razılığı ilə Bakı şəhərində fəaliyyət göstərən çətin tərbiyə olunan şagirdlər üçün nəzərdə tutulan xüsusi məktəbə köçürüləcək və təhsilinə orada davam etdirəcək."
Qeyd edək ki, Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli orta məktəbdə 1300 şagird təhsil alır və rayonun ən böyük məktəbidir. Həmin məktəbin 5-ci sinif şagirdi 6-cı sinifdə oxuyan şagirdə kəsici ailətlə yüngül xəsarət yetirib.
Faktla bağlı polis əməkdaşları araşdırma aparıb, hər iki məktəbli ilə profilaktik danışıqlar edilib.
Bərdədə yeniyetmə intihar edib.
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli mansart tipli evin 1-ci mərtəbəsinin mətbəxində yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, partlayış dalğasının təsirindən evin plastikdən ibarət pəncərə çərçivələri qismən dağılıb. Yanğın nəticəsində mətbəxin yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakıda kütləvi dava olub.
Axar.az Trend-ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Səbail rayonu ərazisində, Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısında baş verib. Hadisə nəticəsində iki nəfər bıçaqlanıb.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu açıqlamasında bildirib ki, hadisə zamanı bıçaq xəsarətləri alan Əli Allahverdizadə və Eşqin Müseyibov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bakının Binəqədi rayonunda "VAZ" markalı minik avtomobilinin salon hissəsi yanıb.
Bakı şəhəri, Binəqədi rayonunda yeniyetmə Rəhman Yekəyev dünyasını dəyişib.
Axar.az Oxu.Az-a istinadən xəbər verir ki, qan azlığı xəstəliyindən əziyyət çəkən 15 yaşlı R.Yekəyev yaşadığı evdə vəfat edib.
Qeyd edək ki, Rəhman Yekəyev karateçi olub. O, 2017-ci ildə keçirilən beynəlxalq şotokan karate-do üzrə filialın II açıq çempionatında kumite üzrə qızıl medal qazanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Cəfərov Həmzəli Cəfər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 m² olan dərzi sexinin içərisində əşyalar 4 m² sahədə və 1 ədəd tikiş maşını yanıb.
Bakıda 18 yaşlı qız intihar edib.