Bakının Binəqədi rayonunda "VAZ" markalı minik avtomobilinin salon hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Hacıqabul rayonunun İkinci Meyniman kəndində isə "QAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.