![]() |
![]() |
Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
1995-ci il təvəllüdlü Mehdiyeva Minayə Hacı qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı hər iki ayaq sümüyünün sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Göyçay rayonunda yanğın baş verib.
Qazax rayon sakini zəhərlənib.
Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, eyni zamanda qəlyandan istifadə edilməsinə şərait yaradan məkanların aşkarlanması istiqamətində daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Pure Boutique Hotel”də karantin rejimi qaydalarının pozularaq qəlyan məmulatlarından istifadə edilməklə müştərilərə xidmət göstərilməsi müəyyən olunub.
Hotelin icarədarı Y.Tapdıqzadə və 3 işçi saxlanılaraq müvafiq tədbirlərin görülməsi üçün Nərimanov Rayon Polis İdarəsinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bərdədə ana və azyaşlı övladı dəm qazından zəhərlənərək ölüb.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün şəhərin Sənaye küçəsindəki beşmərtəbəli yaşayış binasında baş verib.
Belə ki, Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Ayşən Yusifova Eldəniz qızı və övladı 2019-cu il təvəllüdlü Tunar Əliyev Vüsal oğlu Bərdə rayonunda yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Bakıda ölüm hadisəsi qeydə alınıb.
Axar.az Bakipost.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 24-ü saat 11:30 radələrində S. Hümmətov küçəsi ev 23-də baş verib.
Vəfa Sarəddin adlı şəxsin evində usta işləyən Türkiyə vətəndaşı 1962-ci il təvəllüdlü Barikan Hamil ürək çatışmazlığından ölüb.
Faktla bağlı Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma aparılır.
Zərdabda qanunsuz ov edən şəxslər saxlanılıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 23-də Ucar rayon sakinləri S.Qasımov, Ə.Abdurəhmanov və oğlu R.Abdurəhmanov Zərdab rayonunun Məlikumudlu kəndi ərazisində qanunsuz ov etdikləri üçün həmin ərazidə xidmət aparan Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən RPŞ-yə dəvət edilərkən R.Abdurəhmanov tüfəngin qundağı ilə polis əməkdaşının əl nahiyəsinə xəsarət yetirmiş və tüfəngdən atəş açaraq qaçıblar.
Görülmüş tədbirlərlə onlar tutulublar.
Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan TOZ-16 markalı ov tüfəngi, 11 ədəd patron və 1 ədəd patrondaş götürülüb.
Moskvada naməlum şəxslər aktyor Nikolay Marimoroviçi güllələyiblər.
Bakıda yeni doğulmuş qız uşağı binalardan birinin girişinə atılıb.
Milli.Az Oxu.az-a istinadən bildirir ki, hadisə paytaxtın mərkəzində - Nəsimi rayonu, Alı Mustafayev küçəsindəki binada qeydə alınıb.
Körpə Bakıdakı körpələr evindən birinə təhvil verilib.