Son xəbərlər

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Elxan Əhmədov koronavirusdan dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə BANM-in rektoru Elmar Qasımov sosial şəbəkə hesabında məlumat paylaşıb.

"BANM ailəsinə ağır itki üzv verib. Sevimli müəllimimiz, gözəl insan, Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Elxan müəllim Əhmədovu 56 yaşında bəşəriyyətin bəlası olan koronadan itirdik", - E.Qasımov qeyd edib.

Lənkəran sakini çaya yıxılaraq boğulub.

Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə Vilvan kəndində baş verib.

Təxminən 60 yaşlarında olan kənd sakini Qurbanəli Cəfərovun meyiti çayda aşkarlanıb. İlkin məlumata görə, Q.Cəfərov velosipedlə hərəkət edən zaman müvazinətini itirərək çaya yıxılıb və orada boğulub.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.